[b]“Bakıda gözəl günlər keçirdim” – belaruslu voleybolçu[/b]
30.08.2017 - 11:33
[b]“Bakıda gözəl günlər keçirdim” – belaruslu voleybolçu[/b]

“İlk dəfə Türkiyəyə voleybolçu kimi gəlmişəm. Əminəm ki, bu mövsüm mən və komandam üçün çox gözəl olacaq. Gənc bir kollektivik”. Apasport.az saytının məlumatına görə, bunu Belarus millisinin voleybolçusu Vera Klimoviç deyib.

 

Yeni mövsümdən Türkiyə I liqasında mübarizə aparacaq 29 yaşlı blokçu qonşu ölkə mətbuatına müsahibə verib. O, karyerasının ən yaxşı illərini Azərbaycanda keçirdiyini deyib: “Belarusdan kənarda İtaliya və Finlandiyada da forma geyinmişəm. Orda çempion da olmuşam. Amma Bakının “Lokomotiv” klubunda gözəl günlər keçirdim. Azərbaycan klubu ilə 1 dəfə “Çelenc Cup”da çempionluq sevinci də yaşadım. İndi əsas məqsədim mübarizə aparacağım Türkiyə I liqasında uğurlu oyun göstərməkdi. Bu səbəbdən hazırlıqlara da tez başlamışam”.

 

Qeyd edək ki, Klimoviç artıq fəaliyyətini dayandıran “Lokomotiv”də “Çelenc Cup”dan başqa, Super Liqanın gümüş və bürünc medallarını da qazanıb.

0