[b]Kseniya Poznyakın komandası Superliqada mövsümü başa vurdu[/b]
06.04.2018 - 13:43
[b]Kseniya Poznyakın komandası Superliqada mövsümü başa vurdu[/b]

Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyakın çıxış etdiyi “Leninqradka”nın Rusiya çempionatında tutduğu yer dəqiqləşib. Apasport.az saytının məlumatına görə, blokçumuzun komandası Superliqanı 8-ci yerdə bitirib.

 

Belə ki, 5-8-ci yerlər uğrunda mübarizə aparan Sankt-Peterburq təmsilçisi sonuncu görüşündə “Zariçye-Odintsovo” ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub.

 

Nəticədə Poznyakın kapitanı olduğu “Leninqradka” “Zariçye-Odintsovo”, “Proton” və “Saxalin”in qatıldığı mübarizədə sonuncu olub.

0