12 Noyabr 21:57 Milli üzvünün həsrəti davam edir
TOP OYUNLARI xəbərləri 12 Noyabr 21:57
961 baxış

Milli üzvünün həsrəti davam edir

Qadın voleybolçular arasında İtaliya A seriyasında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın formasını geyindiyi “Skandiççi” “Filottrano”nu qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Səmədova ilk 4 turda olduğu kimi bu dəfə də meydana buraxılmayıb. Komandanın baş məşqçisi Karlo Parisinin voleybolçumuza etimad göstərməməsi Azərbaycan çempionunun heç də lehinə deyil. Çünki potensial vəd edən Yelizaveta növbəti görüşlərdə də forma geyinməyəcəyi halda, heç də formasını qoruya bilməyəcək. Əvəzində onunla yanaşı, yığmamız da əziyyət çəkəcək.

 

Qeyd edək ki, aktivində 15 xal olan “Skandiççi” bir oyun artıq keçirməklə 1-ci pillədə qərarlaşıb. 

Xəbər lenti

Xəbər lenti