29 Dekabr 12:10 Millimizin oyunçusu debüt etmədən komandasını dəyişdi
TOP OYUNLARI xəbərləri 29 Dekabr 12:10
651 baxış

Millimizin oyunçusu debüt etmədən komandasını dəyişdi

Azərbaycan millisinin voleybolçusu Kristina Yaqubova klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı toppaylayıcı mövsümə AVF-nin heyətində start verəcək.

 

Belə ki, bir müddət öncə “Abşeron”la anlaşan Yaqubova qarşılıqlı razılığa əsasən müqaviləni pozub. O, debütant ilk görüşünə çıxmamış digər yeni komanda ilə razılıq əldə edib. Nəticədə Kristina mövsümün sonunadək AVF-in formasını geyinəcək.

 

Qeyd edək ki, çempionluğa iddialı olan AVF Yaqubovayədək Adnan Ksitakı baş məşqçi postuna gətirib və millimizin digər üzvləri Ayşən Abduləzimova ilə Ceyran Əliyeva ilə güclənib. 

Xəbər lenti