[b]NBA: "Hyuston" "Qolden Steyt" səfərində seriyanı bərabərləşdirdi - VİDEO[/b]
23.05.2018 - 10:13
[b]NBA: "Hyuston" "Qolden Steyt" səfərində seriyanı bərabərləşdirdi - VİDEO[/b]

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, Qərb konfransının final seriyasında dördüncü görüş keçirilib.

 

"Qolden Steyt Vorriors" "Hyuston Rokets"i qəbul edib. Oyunun gedişində hər iki komandanın müəyyən aralıqlarla üstünlükləri olsa da, sonuncu dəqiqələri daha yaxşı oynayan qonaqlar qarşılaşmadan qalib ayrılıblar. Beləliklə, "Hyuston" seriya hesabını bərabərləşdirərək, meydan üstünlüyünü yenidən ələ keçirib.

 

NBA

Pley-off

Qərb konfransı, final seriyası (4-cü oyun)

"Qolden Steyt Vorriors" - "Hyuston Rokets" - 92:95

"Qolden Steyt": Körri (28 xal, 6 ribaund, 2 assist, 2 top oğurlama), Durant (27 xal, 12 ribaund, 3 assist)

"Hyuston": Harden (30 xal, 4 ribaund, 4 assist, 3 top oğurlama, 2 blok), Pol (27 xal, 4 assist, 2 ribaund, 1 top oğurlama)

Seriyada hesab - 2:2

0