[b]NBA: "Klivlend" "Boston"la bacarmadı - VİDEO[/b]
14.05.2018 - 09:30
[b]NBA: "Klivlend" "Boston"la bacarmadı - VİDEO[/b]

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında konfrans finallarına start verilib. Apasport.az saytının məlumatına görə, Şərq konfransının finalında "Boston Seltiks" və "Klivlend Kavalyers" komandaları üz-üzə gəliblər.

 

Oyun başdan-sona "Boston"un üstünlüyü şəraitində keçib. Nəticədə, 25 xal fərqi ilə qalib gələn "Seltiks" seriyada önə keçib.

 

NBA

Pley-off

Şərq konfransı, final

"Boston Seltiks" - "Klivlend Kavalyers" - 108:83

"Boston": Braun (23 xal, 8 ribaund, 1 assist, 1 top oğurlama, 1 blok), Morris (21 xal, 10 ribaund), Horford (20 xal, 6 assist, 4 ribaund, 2 blok)

"Klivlend": Lav (17 xal, 8 ribaund, 3 assist), Ceyms (15 xal, 9 assist, 7 ribaund, 2 blok)

Seriyada hesab - 1:0 ("Boston")

 

Seriyanın ikinci oyunu mayın 15-dən 16-na keçən gecə oynanılacaq.

 

0