[b]Qızıl Avropa Liqası: Jidkova və Səmədova irəlilədi[/b]
03.06.2018 - 00:24
[b]Qızıl Avropa Liqası: Jidkova və Səmədova irəlilədi[/b]

Qızıl Avropa Liqasında V turun yekununa əsasən statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, 5 matçdan sonra “Top-10”da Azərbaycan millisinin 4 oyunçusu yer alıb.

 

Belə ki, bombardirlik yarışında Katerina Jidkova bir pillə irəliləyərək 4-cü pilləyə yüksəlib. O, 20 setə 81 xal toplayıb. Təmsilçimiz birinci yerin sahibi Samanta Fabrisdən (Xorvatiya) 37 xal geri qalır. Bu siyahıda Yelizaveta Səmədova 7-ci pilləyə qalxıb. Hücumçumuz 77 xal yığıb.

 

Blokçuların mübarizəsində isə iki oyunçumuz yer alıb. Olena Həsənova ikinci pillədəki yerini qoruyubsa (20), Aynur İmanova da 3-cü yerdə qalıb (14). Bu siyahıda birinci olan Xristina Ruseva (Bolqarıstan) 29 xala malikdi.

0