[b]Yığmamız Maribora 14 voleybolçu ilə yollanır[/b]
03.05.2018 - 14:42
[b]Yığmamız Maribora 14 voleybolçu ilə yollanır[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün aprelin 15-dən başladığı hazırlığı Sloveniyada davam etdirəcək. Apasport.az Voleybol Federasiyasının feysbuk səhifəsinə istinadən məlumat verir ki, komandamız Maribora bu gün yollanacaq.

 

Faiq Qarayevin yetirmələri mayın 16-dək Sloveniyada təlim-məşq toplanışında olacaq. Voleybolçularımız hazırlığın gedişində bir neçə yoxlama matçı da keçirməyi planlaşdırır. Bu rəqiblər sırasında Slovakiya, Sloveniya, Avstriya və Xorvatiya kimi rəqiblər var.

 

Təlim-məşq toplanışına komandamız aşağıdakı heyətlə yollanacaq:

 

Toppaylayıcılar: Şəfaqət Alışanova, Yana Əzimova;

Blokçular: Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova;

Hücumçular: Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Anastasiya Bessonova, Marqarita Əzizova;

Liberolar: Ceyran İmanova, Bəyaz Əliyeva, Yuliya Kərimova.

0