14 Oktyabr 13:27 Yığmamızın oyunçusu Fransa çempionatına qələbə ilə başladı
TOP OYUNLARI xəbərləri 14 Oktyabr 13:27
1201 baxış

Yığmamızın oyunçusu Fransa çempionatına qələbə ilə başladı

Qadın voleybolçular arasında Fransa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, I turun ilk oyun günündə Azərbaycan millisinin blokçusu Olena Həsənovanın şərəfini qoruduğu “Le Kann” “San-Rafael”in qonağı olub.

 

Görüş təmsilçimizin komandası üçün yaxşı başlamayıb. Lakin sonradan özünə gələn “Le Kann” 3:2 (21:25, 20:25, 25:20, 25:18, 15:13) hesabı ilə qələbə qazanıb.

 

Həsənova görüşdə 18 xal toplayıb. 

Xəbər lenti