Sentyabrın 14-15-də Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Körpücüyə ilk olaraq qadınlar çıxıblar. Onlar həm gənclərdə, həm də böyüklərdə qalibləri müəyyən ediblər. Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Lalə Əzizli (59 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq), Mələk Hüseynli (87 kq), Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq) və Mələk Hüseynli (87 kq) həm gənclər, həm də böyüklər arasında, Lalə Əzizli (59 kq) yalnız böyüklərdə, Milena Hüseynli (59 kq) yalnız gənclərdə Azərbaycanın ən yaxşısı adlarını qazanıblar.
- Almaniyalı mütəxəssis Azərbaycanın atletika məşqçiləri üçün seminar keçib
- Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb
- Təmsilçimiz Avropa birinciliyində bürünc medal qazanıb
- Musab Məmmədtağıyev Avropa birinciliyində 3 qızıl medal qazandı
- İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb