İdmançımız Avropa birinciliyində gümüş medal qazanıb
15.06.2024 - 16:21
İdmançımız Avropa birinciliyində gümüş medal qazanıb

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinə start verilib.

Apasport.az xəbər verir ki, 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Onlardan ilk olaraq Nuray Əbilova körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 40 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançı birdən qaldırma hərəkətində 49 kiloqramı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

Nuray təkanla qaldırma hərəkətində 57 kiloqramı başı üzərinə qaldırıb və 5-ci olub. O, toplam 106 kiloqram (49+57) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.

Avropa birinciliyinə iyunun 24-də yekun vurulacaq.

0