“Real”a böyük MƏRC
12.04.2023 - 19:35
“Real”a böyük MƏRC

Bukmeker kontorlarında böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər “Real” – “Çelsi” qarşılaşması ilə bağlı risk edib.

Better Çempionlar Liqasının 1/4 final mərhələsinin bugünkü görüşünə 300 min rubl (6 min 240 manat) qoyub. Müştəri “Real”ın qələbəsinə mərc gəlib.

O, əmsalın 1,65-ə bərabər olduğu vaxt qoyuluş edib. Bu, müştəriyə 495 min rubl (10 min 296 manat) uduş bəxş edə bilər.

Qeyd edək ki, ilk oyunlar çərçivəsində baş tutacaq “Real” – “Çelsi” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

0