"Barselona"nın futbolçusu Premyer Liqa yolunda
19.09.2024 - 19:24
"Barselona"nın futbolçusu Premyer Liqa yolunda

"Barselona"nın müdafiəçisi Jül Kunde komandanı tərk etmək üzrədir.

Apasport.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirə bilər.

"Çelsi" fransalı futbolçunu yanvarda transfer etməkdə maraqlıdır. Oyunçunun transfer məbləği 60 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Kunde 2022-ci ildən "Barselona"nın şərəfini qoruyur.

0