“Apasport” proqnozsevərlərə kupon təklifini davam etdirir. Ötən həftə də dəqiq təxminlərlə əlamətdar olub.
İyunun 5-11-də mütəxəssis komandamızın və ekspertlərimizin hazırladığı 85 kupon uduşla nəticələnib. Bu da 2023-cü ilin mütləq rekordudur.
Əvvəlki rekord 80-ə bərabər idi. Mayın 15-21-də qeydə alınan həmin göstərici mayın 29-dan iyunun 4-dək olan yeddi gün ərzində də təkrarlanıb. İki fərqli həftədə 80 uduş bəxş edən “Apasport” bu dəfə rekordunu 85-ə yüksəldib.
Son 7 gün ərzində proqnozsevərlər “apasport” vasitəsilə 312,29 əmsallıq uduş qazanıb. Bu da daha bir rekorddur.
Əvvəlki ən yüksək göstərici 230,50-yə bərabər idi. Bu, mayın 29-dan iyunun 4-dək olan dövrdə yaşanıb.
Daha bir unikal göstərici həftənin bütün günlərində uduş sayının “10+” olması ilə bağlıdır. İyunun 6-da daha çox – 16 uğurlu variant təklif olunub. Həmin gün uduşların cəmi 87,17 əmsal təşkil edib.
5 iyun: 12 qalib kupon, əmsallarının cəmi 34,68
6 iyun: 16 qalib kupon, əmsallarının cəmi 87,17
7 iyun: 11 qalib kupon, əmsallarının cəmi 30,80
8 iyun: 12 qalib kupon, əmsallarının cəmi 54,80
9 iyun: 13 qalib kupon, əmsallarının cəmi 43,77
10 iyun: 11 qalib kupon, əmsallarının cəmi 37,07
11 iyun: 10 qalib kupon, əmsallarının cəmi 24,00
Mütəxəssis komandamızın ekspertlərindən Ramil Quliyev həftə ərzində 83 kupon təqdim edib. Bunların 38-də təxminlər dəqiq olub. Onun uduş faizi 45,78-ə bərabərdir. Qalib kuponların ümumi əmsalı 93,82, uduş reytinqi 1,13-dür.
Müxtəlif idman növlərinə mərc edən Sənan Ələkbərli 49 kupon təklif edib. O, betterlərə 14 uduş gətirib. Bu, təkliflərin 28,57 faizidir. Qalib kuponların əmsalı 75,31, uduş reytinqi 1,54-dür.
Zaur Məmmədovun 41 kuponundan 18-i dəqiq olub. Mütəxəssisin uduş faizi 43,90-a bərabərdir. Qalib variantların ümumi əmsalı 42,98, uduş reytinqi 1,05-dir.