III MDB Oyunları: Çövkən üzrə Azərbaycan millisi yarımfinalda
30.09.2025 - 15:05
III MDB Oyunları: Çövkən üzrə Azərbaycan millisi yarımfinalda

Bu gün Şəki Şəhər Stadionunda III MDB Oyunları çərçivəsində çövkən üzrə yarışlar davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi bu gün Küveyt yığmasını 5:0 hesabı ilə məğlub edib.

Bununla da millimiz qrupu birinci yerdə başa vuraraq, yarımfinala yüksəldi.

Yığmamız yarımfinal oyununu oktyabrın 4-də keçirəcək.

Qeyd edək ki, çövkən üzrə turnirdə 6 komanda iştirak edir. A qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, B qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksəlirlər.