Fərid Mansurov: "Burada olmaq qürurvericidir"
02.05.2024 - 12:33
Fərid Mansurov: "Burada olmaq qürurvericidir"

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatası haqda fikirlərini bildirib.

Apasport.az xəbər verir ki, yarışı izləyənlər arasında olan Mansurov jurnalistlərə açıqlamasında bunları deyib:

"Burada olmaq qürurvericidir. Bu cür turnirlərin keçirilməsi gənclərə də böyük təsir edir. Fərqli yerlərdən gələn idmançılar Azərbaycanda Suqovuşan və Mingəçevir kimi gözəl yerlər olduğunu görürlər. Bununla bağlı təbliğat işləri də aparılır".

Qeyd edək ki, "Prezident Kuboku 2024" reqatasına sabah yekun vurulacaq.

0