AVRO-2024: Serbiya son saniyədə 1 xal qazandı - YENİLƏNİB
20.06.2024 - 18:58
AVRO-2024: Serbiya son saniyədə 1 xal qazandı - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II turun növbəti oyunları keçirilir. 

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması C qrupunda baş tutub. 

Belə ki, Bakı vaxtilə 17:00-da start götürən matçda Sloveniya və Serbiya milliləri üz-üzə gəliblər. 

Oyunda hesabı 69-cu dəqiqə Sloveniya açıb. Karniçnik qapı qarşısına gələn pası qola çevirməyi bacarıb. 

Son dəqiqələrə 0:1 geridə girən Serbiya Luka Yoviçin qolu ilə məğlubiyyətdən xilas ola bilib: 1:1.

AVRO-2024

20 iyun

II tur

C qrupu

17:00. Sloveniya - Serbiya 1:1

Qollar: Karniçnik (69), Yoviç (90+5)

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Münhen, "Alyans Arena".

0