İsveçrə 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
15.06.2024 - 18:55
İsveçrə 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

Bu gün Avropa çempionatında daha üç matç keçiriləcək.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması A qrupunda keçirilib. 

Macarıstan və İsveçrə komandaları üz-üzə gəlib. Görüş İsveçrənin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

AVRO-2024
A qrupu, I tur

15 iyun

17:00Macarıstan - İsveçrə 1:3

Qollar: Varqa, 66Duah, 14, M. Ebişer, 45. Embolo, 90+3
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.

0