01:04 21-02-2020
news_image
158
FUTBOL

Neymar Ronaldonu "Top-5"ə salmadı

PSJ-nin hücumçusu Neymar dünyanın ən yaxşıları hesab etdiyi 5 futbolçunun adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, braziliyalı forvard "Yuventus"un bombardiri Kriştianu Ronaldonu "Top-5"liyə salmayıb.

Neymarın fikrincə, dünyanın ən yaxşıları "Barselona"dakı sabiq komanda yoldaşları Lionel Messi, Luis Suares, hazırda PSJ-də çiyin-çiyinə çıxış etdiyi Kilian Mbappe, "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba və "Real"ın hücumçusu Eden Arazdır.

Qeyd edək ki, bu mövsüm Fransa çempionatında 14 matçda iştirak edən Neymar 13 qol, 6 məhsuldar ötürmə ilə seçilib.