10:01 22-07-2020
news_image
248
FUTBOL

Ronaldo ikinci, Messi beşinci - Pele hələ də liderdir

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo karyerasındakı rəsmi qol sayını 734-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, İtaliya A seriyasının XXXIV turunda "Latsio" ilə qarşılaşmada dubl edən portuqaliyalı superulduz bununla bütün dövrlərin ən məhsuldar ikinci futbolçusu ünvanına şərik olub.

Onunla yanaşı, braziliyalı Romarionun da aktivində 734 qol var. Rəsmi matçlarda ən çox qol vuran isə futbol kralı Peledir. Əfsanəvi braziliyalı 767 dəfə fərqlənib. "Barselona"nın kapitanı Lionel Messi 716 topla siyahıda 5-ci pillədə qərarlaşır.

Qeyd edək ki, Kriştianu Ronaldo cari mövsüm A seriyasında keçirdiyi 30 oyunda 30 qol vurub.