11:26 26-09-2020
news_image
214
FUTBOL

“Barselona”nı təriflədi - Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan əzəli rəqibləri “Barselona”nın hazırkı durumuna münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis Kataloniya klubunun La Liqada onların əsas rəqibi olacağını düşünür.

O, istənilən halda “Barselona”nın təhlükəli komanda olduğunu vurğulayıb: “Rəqibə daim hörmətlə yanaşıram. Komandanın daxilində nə baş verdiyini bilmirəm, buna qarışmaq da istəmirəm. Hər klubun problemləri və çətinlikləri olduğunu düşünürəm. “Barselona” heyət baxımından bütün turnirlərdə titul uğrunda mübarizə aparacaq klubdur. Buna şübhə etmirəm”.

Qeyd edək ki, “Real” La Liqada yeni mövsümün ilk oyununda “Real Sosyedad”la qolsuz bərabərə qalıb. “Barselona” isə birinci matçını sabah “Vilyarreal”a qarşı keçirəcək.