10:53 14-12-2020
news_image
198
FUTBOL

Qazaxıstan və İrandan təklif alıb – Ramiz Məmmədov

“Keşlə” klubunun koordinatoru Ramiz Məmmədov yenidən baş məşqçi kimi fəaliyyət göstərə bilər.

Bu barədə apasport.az saytına 52 yaşlı mütəxəssis özü məlumat verib.

O bildirib ki, menecerlər hazırda iki ölkədə klublarla danışıq aparır. O, həmin ölkələrin adlarını da açıqlayıb: “İran və Qazaxıstan variantım var. İranda yüksək liqa ilə yanaşı, birinci dəstə klubundan da təklif almışam. Qazaxıstandakı isə elita təmsilçisidir. Danışıqlar müsbət məcrada gedir. Sadəcə, sərhədlərin açılmasını gözləyirik. Koronavirus pandemiyası bu prosesin uzanmasına səbəb oldu. Ancaq sərhədlər açılan kimi, məsələnin yekunlaşacağına ümid edirik”.

Məmmədov “Keşlə”dəki fəaliyyətini də yüksək qiymətləndirib: “Düzdür, hazırda “Keşlə”də işimin başındayam. Amma hamı bilir ki, bizim əsas işimiz baş məşqçilikdir. “Keşlə”dəki öz işim olmasa da, lazımi sayda gənc futbolçuların üzə çıxarılmasında köməklik etmişəm. Bundan sonra da çalışdığım müddətdə əlimdən gələni əsirgəməyəcəyəm”.

Qeyd edək ki, Ramiz Məmmədov məşqçilik karyerası ərzində “Qəbələ”, “Atırau” və “Keşlə”yə rəhbərlik edib.