“Cəzasının yüngülləşdirilməsi ilə əlaqədar müraciətlər olub”.
Apasport.az saytının məlumatına görə, bunu AMADA-nın baş direktoru Şəfəq Hüseynli açıqlayıb.
Hüseynli ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, bu məsələdə öncə iş intizam komitəsində aparılır: “İdmançı narazıdırsa, apelyasiyaya müraciət edə bilər və orada məsələyə yenidən baxılır. Son vaxtlar müraciətlər daha çox olur və bəzi hallarda sanksiya azaldılır”.
Baş direktor idmançıların cəzasının azaldılmasının başqa bir formasını da bildirib: “Hansısa idmançı antidopinq qayda pozuntusunu pozursa, onu buna vadar, məcbur edənlərlə bağlı bizi məlumatlandırırsa, onun cəzası azaldılır. Bu, əhəmiyyətli yardım sayılır. Təbii ki, bu məsələ anonim, gizli saxlanılır”.
Şəfəq Hüseynli 2021-ci ildən bununla bağlı yeni qaydanın tətbiq ediləcəyini də vurğulayıb: “2021-cu ildən idmançı bildirişdən sonra 20 gün ərzində 4 illik sanksiyanı qəbul edərsə, bu cəza 3 ilə enə bilər”.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”