“Bizim yığma özündən yaxşı komandalara qarşı fərqli oynayır. Motivasiya daha yüksək olur”.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının əsas milli komanda üzrə nümayəndəsi Səlim Soydan deyib.
Türkiyə yığmasının AVRO-2020 perspektivi barədə fikirlərini açıqlayan mütəxəssis “ay-ulduzlular”ın qrup mərhələsinin iki görüşünü Bakıda keçirməsinə də münasibət bildirib: “Matçların Bakıda keçirilməsi üstünlükdür. Öz meydanımızdakı kimi olacağıq. Azərbaycandakı görüşdə rəqiblər çox çətinlik çəkəcək. Fransada oynayanda da evimizdəki kimi idik. Yaxşı komandan olanda, tamaşaçı da oyuna gəlib izləyir. Biz böyük sayılan komandalarla başabaş oynayırıq. Bu da çox önəmlidir”.
Qeyd edək ki, A qrupunda İtaliya, İsveçrə və Uelslə rəqib olan türkiyəlilər son iki komanda ilə Bakı Olimpiya Stadionunda görüşəcək.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub