“Biz AVRO-2020-nin oyunlarında iştirak edəcək komandaları qəbul etməyə şadıq. Bütün arzulayanların bizim gözəl Bakını təhlükəsiz şəkildə görməkdən zövq alması üçün düşünülmüş planımız var”.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O, Uels mətbuatına açıqlamasında AVRO-2020 barədə danışıb: “Bakı bir neçə aydır bu unikal hadisəyə hazırlaşır. Bilirəm ki, hər bir iştirakçı bu səfəri unudulmaz bayrama çevirmək istəyir. Biz azarkeşlərin bu bayrama yaxın həftələrdə qoşulmasını səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels – İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO