“Mənim üçün futbolçunun 35, yoxsa 17 yaşda olmasının bir önəmi yoxdur. Kim hazır olacaqsa, o da Avropa çempionatına aparılacaq”.
Apasport.az saytının məlumatına görə, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz deyib.
AVRO-2020-nin A qrupunda İtaliya, Türkiyə və İsveçrə ilə mübarizə aparacaq britaniyalıların çalışdırıcısı yekun “23-lüy”ü müəyyənləşdirməkdə çətinlik çəkəcəyini söyləyib: “Bəzən təcrübə kömək ola bilər, ancaq gənclərin enerjisi də lazımdır. Bir çox futbolçunun xidmətindən yararlanmışam. Xüsusən də, gəncləri diqqətdə saxlayıram. Artıq milliyə seçim imkanımız genişdir. Bakıya aparacağım oyunçuları hələ seçməmişəm. Formadan düşmək və zədələnmək ehtimallarını nəzərə almaq lazımdır. Yekun “23-lüy”ü müəyyənləşdirmək asan olmayacaq. Futbolçular həmin vaxta qədər hazır olmalıdırlar”.
Qeyd edək ki, Uels millisi AVRO-2020-də iyunun 13-də İsveçrə və 17-də Türkiyə ilə Bakıda, 21-də isə İtaliya ilə Romada qarşılaşacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"