“Əgər Castin Qetjinin ayaq üstdə döyüşmək bacarıqlarını dəyərləndirsək, o əla deyil, yaxşı zərbə vurandır”.
Apasport.az saytının məlumatına görə, bunu yüngül çəkidə MMA üzrə UFC çempionu Həbib Nurnəhəmmədovun məşqçisi Xavyer Mendes deyib.
O, yetirməsinin müvəqqəti çempionu Castin Qetji ilə döyüşü barədə fikirlərini açıqlayıb: “Həbib zərbə vurmaq qabiliyyətində Castindən güclü olan döyüşçülərlə zalda məşq edib. Onun bu zaman heç bir problemi olmayıb. Amma nə olacağını heç kim bilmir. Bir loukik və ya əllə zərbə hər şeyi dəyişə bilər. Yalnız bir şeyi bilirik ki, Castin öz şansını haqq edib. Qetji əla döyüşçüdür və parlaq döyüşür. Bu qarşılaşmanın məyusluq yaşatmayacağı dəqiqdir”.
Qeyd edək ki, Nurməhəmmədov və Qetji arasında döyüşünün sentyabrda keçirilməsi planlaşdırılır.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib