“İdman vətəndaşlığını dəyişərkən karantinim olmadı” – milliləşən idmançımız
20.12.2019 - 17:31
“İdman vətəndaşlığını dəyişərkən karantinim olmadı” – milliləşən idmançımız

Azərbaycan millisinin fiqurlu konkisürəni Yekaterina Ryabova vətəni Rusiyada müsahibə verib.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner karyerası, Azərbaycanı seçməsi, federasiyadan olan dəstək və digər məqamlara toxunub.

- Bu yaxınlaradək Moskva çempionatına çıxış edirdiniz. 2019-cu ildən Azərbaycanı təmsilçisi kimi mübarizə aparırsınız. Bu necə oldu?
- Moskvanı təmsil etdiyimiz üçün idman vətəndaşlığını dəyişərkən karantinim olmadı. Bu üzdən də çoxları üçün gözlənilmədən Azərbaycan üçün çıxış etməyə başladım. Rusiyada qadın fiqurlu konkisürməsində rəqabət çox böyükdür. Mən isə beynəlxalq səviyyədə çıxış etmək istəyirdim. Valideynlərim mənə o qədər vəsait və öz enerjisini sərf edib ki, bunları doğrultmaq istəyirəm.

- Bu ölkə ilə bağlı variant necə yarandı? Hansısa tarixi kökləriniz varmı?
- Yox, heç bir köklə bağlı deyiləm. Mənim Belarus və İsrail variantlarım da var idi. Amma onlar alınmadı. Sonra atam Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasına zəng elədi. Orda ona dedilər ki, hansısa xüsusi tələblər irəli sürməyəcəklər. Ona görə də məhz bu variantda dayandıq. Bu, rahat idi.

- Başqa ölkəni təmsil etmək barədə qərarı asanlıqla verdiz?
- Bəli, kifayət qədər asan oldu. Biz keçidi və yarana biləcək problemləri çox müzakirə etdik. Amma qərarı tez verdik.

- Bəs hansı problemlər yarandı və ya yarana bilərdi? Sənədlərin qeydiyyatı uzun çəkdi?
- Heç bir problemi yaranmadı. Ötən ilin martında zəruri sənədləri düzəltmək üçün Bakıya uçdum. Artıq iyunda mənə məktub gəldi ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyasından çıxarıblar. Belə də mən Azərbaycan yığmasının üzvü oldum.

- Ölkəni beynəlxalq arenada təmsil etmək üçün yerli çempionatda qalib olmaq lazımdır...
- Amma Azərbaycanda təəssüf ki, yerli çempionat yoxdur. Bu da böyük problemdir. Çünki hansısa müxtəlif turnirlərdəki çıxışdan öncəki məşq vaxtı səni təqdim edəndə titulların olması sərfəlidir: Ölkə çempionu, kubokun qalibi və ya bu tip nə isə. Belə alınır ki, mən pis çıxış etmirəm, amma hətta milli səviyyədə də titulum yoxdur. Bu mənim gələcək həyatımda, şouda iştirak edəndə bəzi problemlər yarada bilər. Axı orda iştirakçıların bütün uğurlarını sayırlar.

- Hələ cəmi 16 yaşınız var. Şou haqda düşünməyin vaxtıdır ki? Yoxsa fiqurlu konkisürənlər həmişə bu haqda fikirləşir?
- Əslində, bu mövsüm bir neçə gün Yevgeni Plyuşenkonun şousunda iştirak edəcəyəm. Bu, Zaqrebdəki startla Yeniyetmələrin Qış Olimpiadası arasında olacaq. Orda hamısı deyəsən 7 gün davam edir.

- Azərbaycan millisinin üzvü ifadəsi də səslənəndə bir az...
- Bəli, səslənir. Amma bilmirəm fiqurlu konkisürmə həvəskarları üçün hansı əhəmiyyətə malikdir.

- Həqiqətən də ölkədə başqa idmançı yoxdur ki, hansısa böyük olmayan çempionat keçirilsin? 
- Düzünü deyim ki, hətta bilmirəm. Deyəsən, yeniyetmələrdə Azərbaycan adı ilə hansısa qız çıxış edir. Amma mən buna tam əmin deyiləm. Bilirəm ki, yeniyetmələrdə bizim rəqqaslar var. Amma düzü onları heç vaxt görməmişəm.

- Federasiya hansı dəstəyi verir?
- İştirak etdiyim bəzi turnirlərin xərcini ödəyir. İndi federasiyada mənim daha çox, hətta ola bilər bütün yarışlarımın maliyyələşməsi məsələsi həll olunur.

- Bir sözlə, hansı ölkəni təmsil etməkdən asılı olmayaraq yenə öz vəsaitlərinizdən xərcləməli olursunuz?
- Valideynlərim mənə çox vəsait xərcləyib. Aviauçuşlar çox xərc yeyir. Həmçinin qalmaq xərcləri də böyük həcmə malikdir.

- Heç olmasa kostyum və konki məsələsində kömək edirlər?
- Hələlik heç kim kömək etmir. Hər şeyi özümüz edirik. Ola bilsin, gələcəkdə bu məsələdə dəyişiklik olsun.

- Axı konki 70-80 min dəyərindədir...
- Mənimkilər yox. Amma geyimlərə bu mövsüm üçün böyük pul xərci lazım oldu. Hər iki geyim sizin dediyiniz qiymətə başa gəldi. Komkilərim isə təxminən 50 min rubladır. Başa düşürəm ki, bu da çox bahadır. Amma siz deyəndən azdır.

- Bir ildir Azərbaycanı təmsil edirsiniz. İnkişaf etməyinizlə bağlı təəssüratınız var. Nəticələr yüksəlişə gedir?
- İdmançının səviyyəsi təkcə tullanmaqlardan deyil, həm də sürüşmənin özündən asılıdır. Mənə də sonuncu çatışmır. Dördluk tullanmaları öyrənəsi deyiləm. Amma ötən illə müqayisədə əminliklə deyərəm ki, öz sürüşməmdə yetərincə inkişafa nail olmuşam.

0
fiqurlu konkisürmə Yekaterina Ryabova