“İşləmək lazımdır – gözəllik budur” - FOTOSESSİYA
27.04.2021 - 00:45
Rusiyalı biatlonçu Anastasiya Qoreyeva xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, nəticələri ilə öyünə bilməyən idmançı Kubadakı istirahətdən paylaşım edib.
Gözəlliyini nümayiş etdirən xanımın izləyicilərindən biri onu atdığı addıma peşman etməyə çalışıb. O, rəylərdə Qoreyevaya söz atıb: “Hansı gözəllik? Gözəllik yürüşdə olmalıdır. Yoxsa ki, kurortlardan gəzirlər. İşləmək lazımdır – gözəllik budur”.
Anastasiya özünü itirməyərək cavab da verib: “Nəticə təkcə səylə məşq etməkdən asılı deyil. İstirahət hamıya lazımdır”.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
0
0