“Land of Fire” İsveçrədə Dünya Kubokunda oynayacaq
23.01.2020 - 13:33
“Land of Fire” İsveçrədə Dünya Kubokunda oynayacaq

Yanvarın 24-də İsveçrənin Sankt-Morits şəhə¬rində qar polosu üzrə Dünya Kuboku start götürəcək. 

Azərbaycan Respublikası Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün davam edəcək ənənəvi yarışa Azərbaycanın “Land of Fire” komandası da qatılacaq. 

Turnirdə təmsilçimizlə yanaşı, “Mazerati”, “Badrutt’s Palace Hotel” və “Grisogono” klubları da mübarizə aparacaqlar.

Dünya Kubokundan öncə - yanvarın 23-də komandalar yoxlama oyunu keçirəcəklər. Ardınca təqdimat mərasimi nəzərdə tutulub.
 
Turnirin ilk oyununda – yanvarın 24-də Azərbaycan komandası “Badrutt’s Palace Hotel”lə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Günün ikinci qarşılaşmasında “Grisogono” “Mazerati”ni sınağa çəkəcək. 

Ertəsi gün komandamız “Grisogono” ilə gücünü yoxlayacaq. Yanvarın 26-da isə üçüncülük uğrunda görüş və final matçı keçiriləcək.

Qeyd edək ki, ötən il “Land of Fire” Dünya Kubokunda 3-cü yeri tutub. 
 

0
atçılıq polo Dünya Kuboku