“İndi heç kim Oyunlar zamanı sağlamlıqla bağlı vəziyyətin necə olacağını deyə bilməz. Hətta ən öncül alimlər də bunu bacarmır”.
Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.
Almaniyalı Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan Olimpiya və Paralimpiya Oyunları barədə fikirlərini açıqlayıb. Bax koronavirus pandemiyası ilə bağlı müxtəlif şayiələrin yayılmasına münasibət bildirib: “Bu da bir çox spekulyasiyalara yol açır. Belə məlumatlar da idmançıların hazırlığına ziyan vurur. Yarışların ləğvi barədə şayiələr də var. Kimlərsə Oyunların sonraya təxirə salınmasını təklif edir. Digər təklif yarışların Tokiodan başqa şəhərə keçirilməsidir. Bunu belə qısa müddətdə gerçəkləşdirmək mümkünsüzdür. Vaxtımızı və gücümüzü belə spekulyasiyalara itirmək istəmirik. Biz açılış mərasimi keçirməyə konsentrasiya olmuşuq. Oyunların baş tutub-tutmaması deyil, necə keçiriləcəyi üzərində işləyirik. İstənilən ssenaridə koronavirus pandemiyasına qarşı tədbirlər olmalıdır. İndi Oyunlar zamanı olacaq tədbirlərdən danışmaq tezdir. Səbirli və anlayışlı olmağı xahiş edirik: yaponlardan, idmançılar və digərlərindən. Səbirli olmaq lazımdır. Yaxınlarda özünü və başqalarını qorumaq üçün qaydalar tərtib edəcəyik”.
Qeyd edək ki, Oyunların açılış mərasimi iyulun 23-də keçirilməlidir.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar