“Günlərlə düşündükdən sonra Rəcəbov dilemmasını həll etdim”.
Apasport.az saytının məlumatına görə, bu sözlər Niderland şahmatçısı Aniş Giriyə məxsusdur.
Qrossmeyster FİDE və Azərbaycan şahmatçısı Teymur Rəcəbov arasında yaranan narazılıqlara münasibət bildirib. Sosial şəbəkədə paylaşım edən Giri təmsilçimizi İddiaçılar Turnirinə buraxılmasını məqsədəuyğun sayır: “Hər şey çox sadədir. Əgər Teymur oynamaq istəyirsə və qəhrəmandırsa, mükafat qismində icazə verib. Əgər hesab edirsizsə ki, o canidir və oynamaq istəməyəcək, onda cəza kimi oynamasına icazə verin. Hər şey çox sadədir”.
Qeyd edək ki, Rəcəbov koronavirus pandemiyası üzündən Yekaterinburqda keçirilən İddiaçılar turnirinin təxirə salınması tələbi irəli sürüb. Bu baş vermədiyindən şahmatçımız yarışa qatılmaqdan boyun qaçırıb. FİDE onu fransalı Maksim Vaşye-Laqravla əvəzləsə də, turnir birinci dövrədən sonra koronavirus səbəbindən dayandırılıb. Teymur turnir bərpa olunduğu vaxt iştirakçılar sırasına qayıtmalı olduğunu, FİDE isə iştirakçılar siyahısının dəyişməyəcəyini iddia edir.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"