"İddiaçılar turnirinə yollanarkən hava limanında koronavirusa yoluxmaqla bağlı narahatlıqlar var idi. Mümkün qədər ehtiyatlı olmağa çalışdıq, məsafəni qoruduq, maska taxdıq".
Apasport.az saytının məlumatına görə, bunu Niderland şahmatçısı Aniş Giri deyib.
Qrossmeyster Azərbaycan şahmatçısı Teymur Rəcəbovun narazılığına münasibət bildirib. Giri müsahibəsində Teymur kimi, yarışdan imtina barədə düşünmədiyini söyləyib: "Düzdür, turnir xaotik şəkildə dayandırıldı. Hətta Niderlanda dönmək üçün bileti son anda əldə edə bildik. Ancaq niyə belə etməliydim ki? Bu mənim həyatım, karyeramdır. Turnirə vəsiqə qazanmaq asan deyil. Yerimi başqasına vermək istəmirəm. Teymur hesab edir ki, onun hüquqları pozulub. Əgər o, yarışa qoşulsa və başqası kənarlaşdırılsa, digər şahmatçının hüquqları pozulmuş olacaq. Hər kəs davam etsə, sual yaranar: Teymura neçə xal veriləcək? Ona çox imtiyaz verilsə, digər oyunçuların, az verilsə Teymurun hüquqları pozulur. Turnir yenidən başlasa, liderlərə qarşı ədalətsizlik olar, aşağı sıralardakı şahmatçılara kömək olar. İstənilən halda, kimsə zərər görməlidir".
Qeyd edək ki, Teymur Rəcəbov koronavirus pandemiyası səbəbindən İddiaçılar turnirinin təxirə salınmasını istəyib. Bu baş vermədiyindən, şahmatçımız yarışa qatılmaqdan imtina edib. Rəcəbov turnir bərpa olunduğu zaman iştirakçılar sırasına qayıtmalı olduğunu iddia edir.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"