Yüngalvari çəkidə UFC çempionu olan Valentina Şevçenko çimərlik geyimində şəkli ilə əks-səda doğurub.
Apasport.az saytının məlumatına görə, açıq-saçıq geyimdə özünü nümayiş etdirən idmançı şəklinə şərh də verib.
Şevçenko dünyanın ən güclülərindən biri olduğunu gizlətməyib: “Mənim üçün dünyanın ən güclü idmançılarından biri olmaq böyük şərəfdir”.
Bu paylaşım onun minlərlə pərəstişkarının reaksiyasına səbəb olub. Tanınmış Hollivud aktrisası və rejissoru Helli Berri də Valentinaya biganə qalmayıb: “Bəli, sən məhz beləsən”.
Qeyd edək ki, 33 yaşlı döyüşçü 2003-cü ildən bu idman növü ilə məşğul olur. Onun aktivində 21 qələbə və 3 məğlubiyyət var.