Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə aldığı ilk məğlubiyyətin səbəbi bəlli olub.
Apasport.az saytının məlumatına görə, ağır çəkidə mübarizə aparan idmançımızın rusiyalı Andrey Fedesovla qarşılaşmanı zədə səbəbindən 1-ci raundda dayandırıb.
Həvəskarlar arasında üçqat dünya çempionumuz paylaşımında tezliklə rinqə dönəcəyini açıqlayıb: “Dəstək və narahatçılıq keçirdiyiniz üçün hamınıza təşəkkür edirəm. Zədə səbəbindən döyüşü davam etdirə bilmədim. Doğmalarımı, azarkeşlərimi, promouter və menecerlərimi pis vəziyyətdə qoydum. Bu, idmandır və belə şeylər olur. Amma söz verirəm ki, Tanrının köməyi ilə tezliklə və daha güclü qayıdacağam”.
Qeyd edək ki, peşəkar rinqdə 4 döyüş keçirən Məcidov üç qələbə qazanıb, bir dəfə məğlub olub.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır