“Qrupumuzdakı komandaların hər birinin böyük iddiaları olduğunu bilirəm”.
Apasport.az saytının məlumatına görə, bunu İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç AVRO-2020-nin qrup mərhələsini dəyərləndirərkən deyib.
58 yaşlı mütəxəssis qrupdan çıxmağın onlar üçün çətin olacağını söyləyib: “İtaliya matçlarını evdə keçirəcək. Türkiyə, demək olar ki, onlar üçün Vətən kimi olan Azərbaycanda oynayacaq. Bu da o deməkdir ki, işimiz çətin olacaq. Qrupdan çıxmaq bizim üçün böyük uğur olar. Bunu bacarsaq, sonrasına baxarıq. Avropanın ən yaxşı komandası olmadığımızı bilirik. Ancaq böyük turnirdə sürprizlər hər zaman mümkündür”.
Qeyd edək ki, İsveçrə yığması AVRO-2020-nin A qrupunda İtaliya ilə Romada (16 iyun) Uels (12 iyun) və Türkiyə (20 iyun) ilə Bakıda qarşılaşacaq.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO