Mariya Stadnik: “Azərbaycan yığmasının heyətində ilk dəfə Avropa çempionu olduğum üçün çox xoşbəxtəm”
08.04.2008 - 16:36
Mariya Stadnik: “Azərbaycan yığmasının heyətində ilk dəfə Avropa çempionu olduğum üçün çox xoşbəxtəm”
Bakı. Elşən Məmmədov-APA-Sport. “Azərbaycan yığmasının heyətində ilk dəfə Avropa çempionu olduğum üçün çox xoşbəxtəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatında 48 kq çəkidə qızıl medal qazanan Azərbaycan yığmasının ukraynalı legioneri Mariya Stadnik deyib. Qadın güləşçimizin sözlərinə görə, hələ iki il öncə Ukrayna millisində çıxış etdiyi vaxt qitə çempionu titulunu qazanıb. Lakin həmin vaxt orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatı tapıldığı üçün qızıl medalı əlindən alınıb: “Bu səbəbdən, hazırkı çempionluğu özüm üçün daha önəmli sayıram”. Tamperedə dörd görüş keçirən 19 yaşlı güləşçi bildirib ki, fransalı Vanessa Bubriemlə final qarşılaşması o qədər də çətin alınmayıb: “Fransız güləşçini hər iki hissədə asanlıqla yenərək, qələbəni təmin etdim. Fikrimcə, görüşüm o qədər də çətin keçmədi”. M.Stadnik növbəti hədəfinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında uğurla çıxış etməkdən ibarət olduğunu açıqlayıb. Hələ ötən il Bakıda təşkil olunmuş dünya çempionatında qarşıdakı Olimpiadaya lisenziyanı təmin etmiş güləşçimiz Pekində mükafatlar uğrunda mübarizə aparacağını vurğulayıb. O, bildirib ki, mötəbər yarışda fiziki hazırlıqla yanaşı, psixoloji durumun da böyük önəmi olacaq.
0
DİGƏR XƏBƏRLƏR
Loading...