Azərbaycan güləşçisi Şalva Qadabadze Romada keçirilən lisenziya xarakterli yarışda məğlub olub
09.05.2008 - 12:30
Roma. Elşən Məmmədov-APA-Sport. Bu gün İtaliyanın paytaxtı Romada yunan-Roma güləşi üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirinin startı verilib. «APA-Sport» agentliyinin məlumatına görə, yarışın ilk günündə pəhləvanlarımızdan döşək üzərinə yalnız Şalva Qadabadze çıxıb. 84 kq çəkidə çıxış edən güləşçimiz mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Onun ilk rəqibi xorvatiyalı Nenad Juqay olub. Gürcüstanlı legionerimiz görüşdən məğlub ayrılıb. N.Juqay finaladək irəliləyə bilməsə, Ş.Qadabadze təsəlliverici görüşlərə qatılmaq şansını da itirəcək.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0