Azərbaycanın iki pauerliftinqçisi Avropa çempionu olub
14.05.2008 - 12:43
Bakı. Aqşin Əliyev - APA-Sport. Çexiyanın Nove Bor şəhərində kişi və qadınlar arasında pauerliftinq üzrə Avropa çempionatı start götürüb. Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, qitə birinciliyində ölkəmizin şərəfini 8 idmançı qoruyur. Yarışın ilk günü milli komandamız üçün uğurlu alınıb. Belə ki, turnirə qatılan yeganə xanım atletimiz Rəna Əliyeva (56 kq) 410 kq-lıq nəticə ilə Avropa çempionu titulunu qazanıb. Eyni zamanda, Yalçın Bağırov (67,5 kq) da qızıl medala layiq görülüb. Digər pauerliftinqçilərimiz qarşıdakı günlərdə podiuma çıxacaqlar. Qitə birinciliyi mayın 18-də yekunlaşacaq.
Qeyd edək ki, R.Əliyeva Avropa çempionu olan ikinci qadın pauerliftinqçi kimi Azərbaycan idman tarixinə düşüb. Bir neçə il öncə bu uğura Alisa Salahova da imza atmışdı.
Qeyd edək ki, R.Əliyeva Avropa çempionu olan ikinci qadın pauerliftinqçi kimi Azərbaycan idman tarixinə düşüb. Bir neçə il öncə bu uğura Alisa Salahova da imza atmışdı.
- “İdman həftəsi” çərçivəsində keçirilən bilyard çempionatı başa çatıb
- MOK-un İcraiyyə Komitəsinin yeni tərkibdə növbəti iclası keçirilib
- Formula 1: Azərbaycan Qran Prisi 2025-ə marşal qeydiyyatı başladı - FOTO
- Polad Rzayev ölkəmizi paralimpiyanın dağ xizəyi növündə təmsil edəcək
- Azərbaycan Qran-prisi üçün paddokun yenidən qurulmasına başlanıb
0
0