“Sabah” – “Neftçi” matçı Təxirə salınır?
22.09.2026 - 14:56
“Sabah” – “Neftçi” matçı Təxirə salınır?

Misli Premyer Liqasının VII turunda Bakı derbisi keçiriləcək.

Apasport.az xəbər verir ki, “Sabah” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq. 

Bu görüşdən cəmi 4 gün sonra isə “bayquşlar” UEFA Çempionlar Liqasının liqa mərhələsində “Slaviya” ilə üz-üzə gələcək.

Sıx təqvim səbəbindən “Sabah” – “Neftçi” matçının təxirə salına biləcəyi ehtimal olunurdu. 

Lakin Masazır təmsilçisi bununla bağlı hər hansı addım atmayıb.

Klubdan "Apasport"a verilən məlumata görə, “Sabah” hazırda Premyer Liqa matçının ertələnməsini nəzərdən keçirmir. 

“Bayquşlar” bu məsələ ilə bağlı “Neftçi” ilə də hər hansı müzakirə aparmayıb.

Qeyd edək ki, “Sabah” – “Slaviya” görüşü oktyabrın 13-də, saat 20:45-də başlayacaq.