2016-cı il Olimpiadası Azərbaycana 28 milyard dollara başa gələcək
16.05.2008 - 13:15
Bakı. Elşən Məmmədov - APA-Sport. 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi reallaşsa, bu, Azərbaycana 28 milyard dollara başa gələcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda jurnalistlərə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib. Ç.Hüseynzadə indiyədək olimpiadalara ev sahibliyi etmiş ölkələrin sərf etdikləri vəsait haqda məlumatlı olduqlarını bildirib: “2014-cü il Qış Olimpiya Oyunlarının Soçidə keçirilməsi ilə bağlı xərclər üçün Rusiya 14 milyard dollar proqnozlaşdırıb. Qış Olimpiadası üçün bu qədər məbləğ nəzərdə tutulubsa, Yay Olimpiya Oyunları üçün ikiqat artıq vəsait proqnozlaşdırmaq olar”. MOK rəsmisi ölkəmizin bu qədər vəsaiti ödəməyə hazır olduğunu vurğulayıb. Ç.Hüseynzadə bu məsələdə Beynəlxalq Olimpiya Komitəsinin də kömək edəcəyini söyləyib: “Bütün bu məsələlər Bakı şəhərinin Sifariş Kitabında əksini tapıb”.
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0