Azərbaycan yığması Rustaviyə 12 güləşçi ilə yollanacaq
20.05.2008 - 18:11
Bakı. Elşən Məmmədov-APA-Sport. Gürcüstanın Rustavi şəhərində keçiriləcək beynəlxalq turnirə yollanacaq Azərbaycanın yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə yığma komandasının heyəti müəyyənləşib. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Rəşad Rəşidov məlumat verib. Onun sözlərinə görə, mayın 24-də start götürəcək turnirdə ölkəmizi 12 pəhləvan təmsil edəcək. Belə ki, Malik Gülmalıyevlə Allahşükür Paşazadə 42 kq, Seyid Balabəyov 46 kq, Tahir Niftəliyev, Həsən Həsənli və Sərxan Məmmədov 50 kq, Qasım Məhəmmədov 54 kq, Gündüz Səfərov, Atatürk Səfərov və Toğrul Yunuslu 63 kq, Süleyman Babayevlə Əsəd Əsədzadə isə 76 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar. İki gün davam edəcək yarış gürcüstanlı dünya çempionu Temo Kazaraşvilinin şərəfinə təşkil olunacaq.
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0