Azərbaycan kubokunun yarımfinalına yüksələn daha iki klub müəyyənləşib
21.05.2008 - 10:22
Azərbaycan kubokunun yarımfinalına yüksələn daha iki klub müəyyənləşib
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə XIV Azərbaycan kuboku uğrunda yarışın yarımfinalına yüksələn daha iki klub müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, “Qarabağ veteranları” və TT vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin ediblər. A qrupunda yer alan bu klublar ikinci turda müvafiq olaraq, “Karasu” (11:3) və “Ekol” (7:2) üzərində qələbə qazanıblar. Yekun turnir cədvəli sabah keçiriləcək axırıncı turdan sonra bilinəcək.
Bu gün B qrupu çərçivəsində “Araz” - “İnteqral” və “Sumqayıt” – “Olimp” qarşılaşmaları keçiriləcək. Bu qrupdan dördqat ölkə çempionu “Araz”ın yarımfinalda mübarizə aparacağı dəqiqdir. Reqlamentə əsasən, mayın 27-nə təyin edilən yarımfinallarda A qrupunun lideri digər qrupun ikincisi, B qrupunun qalibi isə digər qrupda ikinci pillədə qərarlaşan kollektivlə görüşəcək. Ölkə kubokunun həlledici matçı mayın 29-da olacaq.

A qrupu

Klub

o

q

h

m

t

x

1

Araz

2

2

0

0

13-5

6

2

Sumqayıt

2

1

0

1

17-6

3

3

Olimp

2

1

0

1

13-11

3

4

İnteqral

2

0

0

2

4-25

0



B qrupu

Klub

o

q

h

m

t

x

1

Qarabağ vet.

2

2

0

0

15-4

6

2

TT

2

2

0

0

16-6

6

3

Ekol

2

0

0

2

3-11

0

4

Karasu

2

0

0

2

7-20

0

0