Azərbaycanın güllə atıcısı Nigar Bağırova Dünya Kubokunda 54-cü yeri tutub
29.05.2008 - 10:11
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın güllə atıcısı Nigar Bağırova İtaliyanın Milan şəhərində keçirilən Dünya Kubokunda çıxışını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamızın ən perspektivli üzvlərindən sayılan 21 yaşlı idmançı turnirdə medal qazana bilməyib. Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı hədəfə 25 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açma yarışında da uğursuzluğa düçar olub. O, 561 xalla 72 güllə atıcısı arasında 54-cü olub. N.Bağırova ilk “səkkiz”liyə düşə bilmədiyindən mübarizəni erkən dayandırıb. Öncə 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açan xanım idmançımız 26-cı yeri tutmuşdu. Bu gün milli komandamızın digər üzvləri Ruslan Lunyov və Şükürağa Eyvazov qüvvələrini sınayacaqlar.
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0