FİDE-nin Azərbaycan və Ermənistan şahmatçıları arasında yoldaşlıq görüşü keçirmək istəyi baş tutmayacaq
04.07.2008 - 11:06
FİDE-nin Azərbaycan və Ermənistan şahmatçıları arasında yoldaşlıq görüşü keçirmək istəyi baş tutmayacaq
K.İlyumjinov bildirib ki, oyunun keçirilməsində əsas məqsəd münaqişə bölgəsində vəziyyəti sabitləşdirmək, müharibə edən ölkələr arasında münasibətləri qaydaya salmaqdır. FİDE rəsmiləri Azərbaycan - Ermənistan matçı ilə yanaşı, daha 3 yoldaşlıq görüşü keçirməyi planlaşdırırlar: “Şimali və Cənubi Koreyanın 100 yeniyetmə şahmatçısı arasında qarşılaşma olacaq. Özü də hər 100 şahmat taxtası bu ölkələrin 44-cü paraleldə yerləşən sərhədləri üzərində yerləşdiriləcək. Eyni zamanda, İsrail - Fələstin və Moldova - Dnestryanı görüşlərinin də təşkili nəzərdə tutulub. Bu oyunlar “Şahmat tərəfləri birləşdirir” devizi altında gerçəkləşəcək. Fikrimcə, yoldaşlıq görüşləri qeyd etdiyim ölkələr arasında münasibətlərin qaydasına salınmasına çox yardımçı olacaq”. K.İlyumjinov yoldaşlıq görüşlərinin konkret tarixinin hələlik müəyyənləşmədiyini söyləyib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov isə “APA-Sport” agentliyinə açıqlamasında FİDE prezidentinin təklifinə əsəbi münasibət bildirib. Federasiya rəsmisi vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında hansısa yoldaşlıq görüşünün baş tutması mümkün deyil: “Bu oyun bir il öncə də gündəmdə idi. Ancaq ermənilərlə hər hansı oyundan söhbət gedə bilməz. FİDE prezidenti indi nəsə deyib, daha bunu şişirtmək nəyə lazımdır?”
0