Azərbaycan atleti Ramil Quliyev dünya çempionatının finalına yüksəlib
11.07.2008 - 10:41
Bakı. Aqşin Əliyev - APA-Sport. Polşanın Bıqdoş şəhərində keçirilən gənclər arasında atletika üzrə dünya çempionatı başa çatmaq üzrədir. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan idmançısı Ramil Quliyevin çıxışı uğurlu alınıb. 200 metr məsafəyə qaçışda qüvvəsini sınayan 18 yaşlı atletimiz həm təsnifat mərhələsində, həm də yarımfinalda yaxşı nəticə göstərib. O, yarımfinalda 200 metr məsafəni 20.9 saniyəyə qət edərək, ikinci yerin sahibi kimi finala yüksəlib. Dünya çempionatında ən azı 8-ci pilləni özünə təmin edən həmyerlimiz bu gün Bakı vaxtı ilə saat 21:00-da həlledici mərhələdə mübarizə aparacaq. Onun rəqibləri Antonio Sales, Kurtis Mitçel (hər ikisi ABŞ), Ömər Bilal Əl-Salfa (Birləşmiş Ərəb Əmirlikləri), Nikel Asmeade (Yamayka), Kristof Lemay (Fransa), Robert Herinq (Almaniya) və Adel Cabir Asseri (Səudiyyə Ərəbistanı) olacaq.
Qeyd edək ki, R.Quliyev Pekin Yay Olimpiya Oyunlarında da iştirak hüququna malikdir.
Qeyd edək ki, R.Quliyev Pekin Yay Olimpiya Oyunlarında da iştirak hüququna malikdir.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0