Kifayət Qasımova: “Həm fiziki, həm də psixoloji cəhətdən özümü Pekin Olimpiadasına hazır saymıram”
15.07.2008 - 17:06
Kifayət Qasımova: “Həm fiziki, həm də psixoloji cəhətdən özümü Pekin Olimpiadasına hazır saymıram”
25 yaşlı idmançı bildirib ki, XXIX Pekin Yay Olimpiya Oyunlarına tam hazırlaşmaq üçün Novxanıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək: “Mənim texnikam aşağıdır. Yəni, müxtəlif fəndləri işlətməyə çətinlik çəkirəm. Sabah Novxanıda start götürəcək iki həftəlik təlim-məşq toplanışında məhz bu çatışmazlığı aradan götürməyə çalışacağam”. Avropa çempionatının gümüş mükafatçısı fiziki yüklənmədən əziyyət çəkdiyini gizlətməyib: “Ardıcıl təlim-məşq toplanışlarına qatıldığımdan yorulmuşam. Yəqin ki, Pekinə getməmişdən öncə Qazaxıstanda 5-6 gün dincəlmək imkanı yaranacaq”. K.Qasımova olimpiadada medal qazanıb, tilsimi qıracağını vurğulayıb: “Əsas rəqiblərim Cənubi Koreya, Yaponiya və Fransa cüdoçularıdır. Onlarla mənim güləşim alınmır. Buna baxmayaraq, Vətənə medalla dönəcəyimə inanıram. Pekin Olimpiadasında hansı əyarlı mükafat qazanmağımın isə fərqi yoxdur. Təki medal olsun!”
Qeyd edək ki, K.Qasımova Zülfiyyə Hüseynovadan sonra Yay Olimpiya Oyunlarında qüvvəsini sınayacaq ikinci qadın cüdoçumuz olacaq.


0