Avropa çempionatında Azərbaycanı 5 damaçı təmsil edəcək
21.07.2008 - 13:34
Bakı. Aqşin Əliyev - APA-Sport. Avqustun 1-də Polşanın Şefina şəhərində gənclər, kadetlər, kiçik kadetlər və ümidlər arasında dama üzrə X Avropa çempionatı start götürəcək. Azərbaycan Dama Federasiyasının vitse-prezidenti İbrahim İsmayılovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yarışda ölkəmizin şərəfini 5 idmançı qoruyacaq. Qitə birinciliyində Aslan Aslanlı gənclər, Ənvər Novruzov kadetlər, Ülfət Hüseynbəyli kiçik kadetlər, Famil Kamilli ilə Vüqar Babayev isə ümidlərin turnirində qüvvəsini sınayacaq. Çempionatın ilk 6 günündə damaçılar İsveçrə sistemi üzrə qalibi müəyyənləşdirəcəklər. Avqustun 7-də, yarışın son günündə blits turnir keçiriləcək.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0