Azərbaycan gimnastları Dünya Kubokunun mərhələ yarışlarına qatılacaqlar
24.07.2008 - 10:10
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan bədii gimnastları Pekin Yay Olimpiya Oyunları ərəfəsində Dünya Kubokunun mərhələ yarışlarında iştirak edəcəklər. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün Bolqarıstanın Varna şəhərində start götürəcək yarışa Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prosolova və Dina Qorinadan ibarət qrup hərəkətləri üzrə milli komandamız qatılacaq. Pekin Olimpiadasında fərdi birincilikdə mübarizə aparacaq Aliyə Qarayeva ilə Dinarə Gimatova isə Rusiyaya yollanıb. Təmsilçilərimiz sabah İrkutsk şəhərində başlayacaq və iki gün davam edəcək turnirdə güclərini sınayacaqlar.
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
0
0