Azərbaycan yığması dünya çempionatını üçüncü pillədə başa vurub
31.07.2008 - 13:10
İstanbul. Elşən Məmmədov - APA-Sport. Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, dünya birinciliyinə 7 “klassik” güləşçi ilə qatılan Azərbaycan yığması 1 qızıl, 2 bürünc medal qazanıb. Yarışın ikinci günündə təmsilçilərimizdən Rafiq Hüseynov daha bir bürünc medala sahib çıxıb. 66 kq çəki dərəcəsində çıxış edən həmyerlimiz 1/16 finalda Reynier Leskay Torresi (Kuba) yensə də, növbəti qarşılaşmada Səid Abdevaliyə (İran) uduzub. Lakin iranlı rəqibinin finaladək irəliləməsi səbəbindən, R.Hüseynov təsəlliverici görüşlərə qatılıb. Bu mərhələdə isə Çonq-Geun Li (Cənubi Koreya), Şərur Vardanyan (İsveç) və Daniel Yaneçiçi (Xorvatiya) məğlub edən pəhləvanımız komandamızın aktivinə sayca üçüncü medalı yazıb.
Qeyd edək ki, dünya çempionatının ilk günündə Elvin Mürsəliyev (74 kq) qızıl, Hacıxan Mustafayev (60 kq) isə bürünc medal qazanıblar.
Digər güləşçilərimizə gəldikdə, Xurşud Babaşov (50 kq) 7-ci, Elçin Əliyev (55 kq) 8-ci, Araz Həsənov (84 kq) 15-ci, Səməd Cəbrayılov (96 kq) isə 13-cü yeri tutublar. Ümumi komanda hesabında 33 xal toplayan millimiz yalnız Türkiyə (59 xal) və İrandan (50 xal) geri qalaraq, dünya çempionatını 49 ölkə arasında üçüncü pillədə başa vurub.

- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
0
0